Şimali Amerikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum oldu
Şimali Amerika Futbol Konfederasiyası 2018-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Komanda.az xəbər verir ki, Şimali Amerikada ötən ilin ən yaxşı oyunçusu PSV-nin və Meksika millisinin üzvü İrvinq Losano seçilib. Bu barədə Şimali Amerika Futbol Konfederasiyanın mətbuat xidməti məlumat yayıb.
Losano PSV-nin heyətində cari mövsümdə 27 qarşılaşmada iştirak edərək, 15 qol vurub və 9 məhsuldar ötürmə edib.
23 yaşlı futbolçu 34 dəfə də Meksika millisinin uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin