
Qvardiola: “Onun bizimlə qalması çox vacibdir”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın yarımmüdafiəçisi Bernardo Silva haqda danışıb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, ispaniyalı məşqçi Silvanın komandada qalmasının vacib olduğunu bildirib:
“Hamı onu sevir və biz onu burada istəyirik. Onun bizimlə qalması çox vacibdir”.
29 yaşlı Silva 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Portuqaliyalı futbolçu bu mövsüm bütün yarışlar daxil olmaqla 36 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin