
Maaşının azalmasına razıdır – Keçmiş klubuna qayıtmaq üçün
Bernardo Silva cari mövsümün sonunda “Mançester Siti”ni tərk edə bilər.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi Lissabon “Benfika”sının onun xidmətində maraqlı olduğu vətəninə qayıda bilər.
Silva doğma klubuna qayıtmaq üçün maaşını azaltmağa hazırdır. O, “Benfika”nın yetirməsidir.
“Şəhərlilər” yayda heyətini yeniləmək üçün 30 yaşlı futbolçu ilə ayrılmağa hazırdırlar. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



