DÇ-2022: Portuqaliyalı futbolçu azarkeşlərdən üzr istədi
Portuqaliya yığmasının yarımmüdafiəçisi Bernardo Silva DÇ-2022-nin 1/4 finalında Mərakeşə məğlub olduqdan sonra (0:1) fikirlərini bölüşüb.
Komanda.az “Record”-a istinadən xəbər verir ki, “Mançester Siti”nin futbolçusu nəticəyə görə çox kədərli olduqlarını bildirib:
“Bu, çox güclü komandaya qarşı oynadığımız dünya çempionatı oyunu idi. Təbriklər, Mərakeş. Biz çox kədərliyik. Hiss edirdik və inanırdıq ki, həqiqətən də, daha da irəliyə gedə bilərik, amma bacarmadıq”.
Silva daha sonra azarkeşlərdən üzr istəyib:
“Qızıl şans var idi və biz onu itirdik? Bəli, şübhəsiz. Tarix yazmaq və ölkəmiz adına unikal bir iş görmək üçün belə gözəl fürsəti əldən verdiyimiz üçün məyus oluruq. Komanda kədər və məyusluq içindədir. Bütün portuqaliyalı azarkeşlərdən üzr istəyirəm”.
Bizi Facebook-da izləyin