Bernardo Silva keçmiş klubuna qayıda bilər
“Mançester Siti”nin vingeri Bernardo Silva karyerasını Portuqaliyada davam etdirə bilər.
Komanda.az AS-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu sabiq klubu “Benfika”ya qayıtmaq istəyir. O, bunu açıqlamalarının birində bildirib.
Silva hazırda “Mançester Siti” ilə müqaviləsinin olduğunu xatırladıb və sözləşməsinin sonunda bu barədə düşünəcəyini deyib.
Portuqaliya millisinin üzvü 2017-ci ildən “şəhərlilər”də çıxış edir. “Benfika”nın yetirməsi olan futbolçu 2013-2015-ci illərdə bu klubun əsas komandasında çıxış edib. Onun “Mançester Siti” ilə müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin