
Silva millidəki çıxışından narazıdır
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Portuqaliya millisindəki uğurlarından narazı olduğunu bildirib.
Komanda.az “CNN Portugal”-a istinadən xəbər verir ki, o, ölkəsinin millisinə daha böyük uğurlar qazandıra bilmədiyi üçün məyusdur:
“Karyeramda əsas məyusluqlardan biri odur ki, mən Portuqaliyaya dünya və Avropa çempionatlarında daha böyük nailiyyətlər qazandıra bilmədim. Qarşımıza AÇ-2024-ü qazanmaq vəzifəsi qoymuşuq, bizim oyunçu heyətimiz böyük məsuliyyət daşıyır”.
29 yaşlı futbolçu 2015-ci ildə Portuqaliya millisində debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin