Bernardo Silva gələn yay klubunu dəyişə bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva 2026-cı ilin yayında klubunu dəyişə bilər.

Komanda.az “CaughtOffside”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu növbəti yay azad agent statusu ala bilər və bu, onun üçün yeni imkanlar açır.

31 yaşlı oyunçuya “Barselona” və “Yuventus”dan maraq göstərilir. Bununla yanaşı, Səudiyyə Ərəbistanının üç klubu – “Əl-Əhli”, “Əl-Qadisiyyə” və Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” onun üçün sərfəli təkliflər hazırlayır.

Silvanın “şəhərlilər”lə müqaviləsinin müddətini uzatması az ehtimal olunur. O, cari mövsümdə bütün turnirlər daxil olmaqla 9 matçda oynayıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button