Bernardo Silvanın Almaniyadan “müştəri”si var

Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva İngiltərə Premyer Liqasından Almaniya Bundesliqasına keçə bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Bayern” portuqaliyalı yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

Futbolçunun potensial transferi 60 milyon avro olaraq qiymətləndirilir. Silvanın MS ilə müqaviləsi 2026-cı ilin ortalarında başa çatacaq.

29 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 33 oyuna çıxıb, 6 qol vurub və 9 məhsuldar ötürmə edib. O, hazırda AÇ-2024-də Portuqaliya millisinin heyətində çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button