Silva karyerası ilə bağlı qərar verib

Bernardo Silva “Mançester Siti”dəki gələcəyi ilə bağlı qərar verib.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “şəhərlilər”lə müqaviləsini yeniləmək istəmir.

Silvanın “Mançester Siti” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. O, 2017-ci ilin iyulundan bu klubda çıxış edir.

30 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button