
Silva “Mançester Siti”ni İspaniya klubuna dəyişmək istəyir
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva yay transfer pəncərəsində komandanı tərk edəcək.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu “Barselona”ya keçməyi xəyal edir və bunun üçün hətta maaşını azaltmağa da hazırdır. Lakin Kataloniya klubu Silvanın yüksək maaşı, yaşı və meydanın mərkəzində rəqabətin yüksək olması səbəbindən onu transfer etməkdə maraqlı deyil.
30 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



