
Şillənin cəzası – 4 oyunluq diskvalifikasiya
“Kəpəz” və “Turan Tovuz”un futbolçuları 4 oyunluq diskvalifikasiya edilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Sentyabrın 22-də AFFA Gənclər Liqasında keçirilən “Kəpəz” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydan sahiblərindən Sənan Əliyev, qonaqlardan isə Elcan Xəlilov təcavüzkar davranışa (rəqibi şillə ilə vurduğuna) görə qırmızı vərəqə ilə cəzalandırılıblar.
Nəticədə, hər iki futbolçu 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin