Siftəsi “Xəzər Lənkəran”la oyunda olan Levandovskidən 600-cü qol

Futbol üzrə Polşa millisinin hücumçusu Robert Levandovski peşəkar karyerasında vurduğu qolların sayını 600-ə çatdırıb.

Komanda.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 35 yaşlı hücumçu 21-ci əsrdə bunu reallaşdıran üçüncü oyunçu kimi tarixə düşüb.

Daha əvvəl 2017-ci ildə Kristiano Ronaldo, 2018-ci ildə isə Lionel Messi 600 qola çatıb.

Levandovskinin 600-cü qolu AÇ-2024-ün seçmə mərhələsində Moldova (2:3) ilə matça təsadüf edib. Onun “siftə”si isə Azərbaycan klubu ilə görüşdə baş tutub. Belə ki, Levandovski 2008-ci ildə ölkəsinin “Lex” komandasının heyətində UEFA Kubokunda (indiki Avropa Liqası) “Xəzər Lənkəran”la qarşılaşmada ilk peşəkar qoluna imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button