“Sheki City”nin futbolçusu 4 oyunluq cəzalanıb

AFFA İntizam Komitəsi 2-ci Liqada çıxış edən “Sheki City” klubunun futbolçusu Eldəniz ƏIiyevi dörd oyunlq cəzalandırıb.

Komanda.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

O, “Füzuli” ilə qarşılaşma bitdikdən sonra birbaşa qırmızı vərərəqə alıb və ardınca hakimi təhqir edib. Şəki təmsilçisi buna görə 300 manat cərimələnib.

Klub azarkeşlərinə görə isə xəbərdarlıq alıb. Tərəfdarlar sözügedən görüşdə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlədiblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button