Şeyx Sulşerin “Mançester Yunayted”ə qayıtmasını istəyir
“Mançester Yunayted”i almaqda maraqlı olan Qətər şeyxi Casim bin Həməd Əl Tani “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi Ole Qunnar Sulşeri kluba qaytarmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Mirorr” məlumat yayıb.
Məlumata görə, Casim bin Həməd Əl Tani klubun keçmiş əfsanələrini “Mançester Yunayted”in strukturuna cəlb etmək istəyir və Sulşer də bu kateqoriyaya aiddir. Xəbərdə qeyd olunur ki, norveçli mütəxəssis “qırmızı şeytanlar”ın hazırkı çalışdırıcısı Erik ten Haqı əvəz etməyəcək. Onu klubda hansı vəzifəyə cəlb etmək istədikləri dəqiq bilinmir.
Sulşer üç il “qırmızı şeytanlar”ı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin