Şeydayevlə “Dinamo” arasında barışıq elan olundu
Bu gün Rusiya Futbol İttifaqının (RFS) Mübahisələrin Həlli Palatasının iclası keçirilib.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasda qış fasiləsində Moskva “Dinamo”sundan ayrılan Azərbaycan millisinin və “Sabah”ın hücumçusu Ramil Şeydayevlə sabiq klubu arasındakı barışıq sazişi təsdiqlənib.
Paytaxt təmsilçisinə yeni futbolçuların qeydiyyatdan keçirilməsi ilə bağlı qoyulan qadağanın aradan qaldırıldığı elan olunub.
Xatırladaq ki, 2019-cu ilin yayında “Krılya Sovetov”dan azad agent qismində “Dinamo”ya keçən 24 yaşlı hücumçunun müqaviləsi bu ilin yanvarında Moskva klubu tərəfindən pozulmuşdu. RFS-in Mübahisələrin Həlli Palatası “Dinamo”nu Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları etdiyi üçün cəzalandırmışdı.
Bizi Facebook-da izləyin