
Şeydayevli “Kocaelispor”dan qələbə
Türkiyə 1-ci Liqasında 21-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” “Adanaspor”u qəbul edib.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Şeydayev də bu görüşdə iştirak edib. O, start heyətdə meydana daxil olub və 73-cü dəqiqədə əvəzlənib.
“Kocaelispor” 42 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin