
Şeydayevli “Kocaelispor”dan heç-heçə
Türkiyə 1-ci Liqasında 25-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” səfərdə “Ərzurumspor”la qarşılaşıb.
Matçda qalib müəyyənləşməyib – 1:1. Şeydayev 78-ci dəqiqədə meydana buraxılıb.
“Kocaelispor” 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin