
Şeydayevli “Kocaelispor”dan heç-heçə
Türkiyə 1-ci Liqasında 24-cü turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” səfərdə “Keçiörengücü” ilə qarşılaşıb.
Matç məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.
Şeydayev də bu görüşdə iştirak edib. O, 63-cü dəqiqədə meydana buraxılıb.
“Kocaelispor” 44 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin