
Şeydayevli “Kocaelispor”dan əzmkar qələbə
Türkiyə 1-ci Liqasında 28-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” evdə “Göztəpə” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan əzmkar qələbə ilə ayrılıb – 3:2. Şeydayev 69-cu dəqiqədə meydana buraxılıb. Futbolçumuzun komandası hər üç qolu son dəqiqələrdə penaltidən vurub.
“Kocaelispor” 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin