
Şeydayevli “Kocaelispor” səfərdən 1 xalla döndü
Türkiyə 1-ci Liqasında 29-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” səfərdə “Çorum”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Şeydayev start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Kocaelispor” 49 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin