
Şeydayevli “Kocaelispor” səfərdə uduzdu
Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda xalsız qalıb – 0:2. Şeydayev 74-cü dəqiqədə meydana buraxılıb.
“Kocaelispor” 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin