
Şeydayevin komandasından inamlı qələbə
Türkiyə 1-ci Liqasında 32-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” evdə “Bandırmaspor”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1. Şeydayev start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
“Kocaelispor” 55 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin