
Şeydayevin komandasına ağır cəza verildi
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”a ağır cəza verib.
Komanda.az xəbər verir ki, 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə, klub 112 min TL məbəğində cərimələnib.
“Kocaelsipor”un cəzaya məruz qalmasının səbəbi “Göztəpə” ilə matçda azarkeşlərin davranışları olub.
“Kocaelispor” 1-ci liqada 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin