Şeydayevin komandasına ağır cəza verildi

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”a ağır cəza verib.

Komanda.az xəbər verir ki, 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Bundan əlavə, klub 112 min TL məbəğində cərimələnib.

“Kocaelsipor”un cəzaya məruz qalmasının səbəbi “Göztəpə” ilə matçda azarkeşlərin davranışları olub.

“Kocaelispor” 1-ci liqada 29 turdan sonra 49 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button