
Şeydayevin komandası səfərdən 1 xalla qayıtdı
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 12-ci tur çərçivəsində səfərdə “Muanq Tanq Yunayted”lə qarşılaşıb.
Oyun heç-heçə başa çatıb – 2:2. Şeydayev bu matça start heyətdə başlayıb və fasilədə əvəzlənib.
“Buriram Yunayted” hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin