Şeydayevin komandası “Rubin”ə qalib gəldi

Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Rubin”lə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

Şeydayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib.

Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçda iştirak edib. O da start heyətdə meydana çıxıb, lakin daha erkən – 44-cü dəqiqədə əvəzlənib.

Hazırda “Krılya Sovetov” 27 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button