
Şeydayevin komandası evdə xal itirdi
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sğzügedən komanda 7-ci tur çərçivəsində evdə “Çonburi” ilə qarşılaşıb.
Oyun məhsuldar heç-heçə ilə başa çatıb – 2:2. Start heyətdə meydana çıxan Şeydayev 90+1-ci dəqiqədə əvəzlənib.
“Buriram Yunayted” hazırda 14 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin