
Şeydayevin klubunda yeni baş məşqçi
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor”un yeni baş məşqçisi məlum olub.
Komanda.az “NTV Spor”-a istinadən xəbər verir ki, komandanı Mustafa Gürsel çalışdıracaq.
Bu gün yeni baş məşqçinin klubun stadionunda imza mərasimi təşkil ediləcəyi bildirilib. Gürsel bu vəzifdə Ertuğrul Sağlamı əvəzləyəcək.
“Kocaelispor” hazırda 1-ci liqada 43 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin