Şeydayevin debütü sonraya qaldı, komandası…
Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası “Kocaelispor” öz meydanında lider “Eyüpspor”u qəbul edib.
Onun komandası bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
Şeydayev bu görüşdə “Kocaelispor”da debüt edə bilməyib. O, sona qədər ehtiyatda qalıb.
Bu qələbə ilə xallarını 36-ya yüksələdən “Kocaelispor” 2-ci pilləyə yüksəlib. Lider “Eyüpspor”un 45 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin