
Şeydayevdən məhsuldar ötürmə, komandasından darmadağın
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində evdə “Naqom Patom”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1. Şeydayev bu matça start heyətdə başlayıb və 90+2-ci dəqiqədə əvəzlənib. O, darmadağına bir məhsuldar ötürmə ilə töhfə verib.
“Buriram Yunayted” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin