
Şeydayevdən iki məhsuldar ötürmə
Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunda məhsuldar ötürmələr verib.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu “Trat”a qarşı keçirdikləri çempionatın 4-cü tur oyununda birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.
Matça start heyətdə başlayan Şeydayev 78-ci dəqiqədə əvəzlənib.
Qarşılaşma “Buriram Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin