Şeydayevdən rəsmi debüt, 88 dəqiqə və 1 xal

Bu gün futbol üzrə Rusiya Premyer Liqasında yeni mövsümə start verilib.

Komanda.az xəbər verir ki, 2019/20 mövsümünün açılış oyununda Tula “Arsenal”ı doğma meydanda Moskva “Dinamo”su ilə qarşılaşıb.

Qonaq komandanın heyətində Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev ilk dəqiqələrdən meydanda olub. Bu yay “Dinamo”ya transfer olunan futbolçumuz start heyətdə meydana çıxmaqla həm də yeni klubunda rəsmən debüt edib. O, 88-ci dəqiqədə əvəzlənib. Komandası isə meydanı 1 xalla tərk edib – 1:1.

Qeyd edək ki, Tula “Arsenal”ı “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibidi. “Ağ-qaralar” Moldovanın “Speranta” klubunu mübarizdən kənarlaşdırsa, məhz Rusiya klubu ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button