Şeydayev Türkiyə klubunun məşqlərində iştirak etmir

Türkiyənin “Kocaelispor” komandası yeni mövsümün hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev 1-ci Liqa təmsilçisinin məşqlərində iştirak etmir. Bu barədə yerli mətbuat məlumat yayıb.

28 yaşlı hücumçu məşqçilər heyətindən icazə alıb. Ramillə yanaşı, Pesrinyo və Aaron Appindanqoye də hazırlığa qatılmayıb.

Şeydayev bu ilin qışında “Kocaelispor”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button