Şeydayev Reynaldoya çatdı
“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Premyer Liqanın 2022/23 mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu bununla da, Ağdam klubunun tarixinin rekordunu təkrarlayıb. O, bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb.
1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vuran braziliyalı legionerin rekordu 9 ildən sonra təkrarlanıb. Reynaldo 31 matça çıxdığı 2013/14 mövsümündə rəqib qapısına 22 dəfə yol tapıb.
Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin