Şeydayev “Partizan”a qarşı 75 dəqiqə oynadı
Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara klubu Serbiya “Partizan”ı ilə üz-üzə gəlib.
Antalyada baş tutan görüşdə hesab açılmayıb – 0:0.
Ramil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
Bu qış “Krılya Sovetov”a transfer olunan Azərbaycan əsilli Aleksandr Səmədov da start heyətdə meydana çıxıb və 81 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin