Şeydayev oynadı, “Krılya Sovetov” uduzdu

Rusiyanın “Krılya Sovetov” klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Çexiyanın “Banik” klubu ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Şeydayev də bu görüşün iştirakçısı olub. Millimizin forvardı qarşılaşmanın 30-cu dəqiqəsində meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button