Şeydayev: “Mxitaryan Bakıya getməməklə düzgün etmir”
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Krılya Sovetov” klubunun hücumçusu Ramil Şeydayev “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Avropa Liqasının “Çelsi” ilə keçiriləcək finalı üçün Bakıya gəlməkdən imtina etməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, o, Rusiyanın sport.ru saytına müsahibəsində Bakının dinc şəhər olduğunu və futbolçunun qərarını anlamadığını qeyd edib:
“Bu, normal hal deyil. İdmanla siyasəti qarışdırmaq düzgün deyil. Hərtərəfli təhlükəsizlik zəmanəti aldığın halda Bakıya getməmək məsələni siyasiləşdirməkdi. Bakıda kiməsə toxunulduğunu xatırlamıram. Yəqin ki, hansısa təxribatçılar ona nəsə deyib.
Bakıda keçirilən boks üzrə dünya çempionatında erməni idmançılar iştirak edib. Mən bir il Bakıda yaşamışam. Heç vaxt orada xoşagəlməz halla üzləşmədim. Bakı çox dinc və sülhsevər şəhərdi. Sənə hər şeyin yaxşı olacağı deyildiyi halda səfərdən imtina edirsənsə, bu, ümumiyyətlə səhv addımdı. Bəlkə də, onun Azərbaycana getməməyinin səbəbi Dağlıq Qarabağa səfəri ilə bağlıdı. Amma ermənilər Azərbaycanda yaşayırlar. Buna əminəm”.
Bizi Facebook-da izləyin