Şeydayev “Kocaelispor”dan ayrıldı
Azərbaycan millisinin üzvü Ramil Şeydayev “Kocaelispor”dan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə cagdaskocaeli.com məlumat yayıb.
Xəbərdə bildirilib ki, 28 yaşlı hücumçu artıq dünən komandanın “Düzce Topuk Yaylası Tesisleri”ndəki məşq düşərgəsini tərk edib.
Məlumata görə, Ramil “Neftçi ilə razılaşıb. Onun qarşıdakı günlərdə Bakı klubu ilə müqavilə imzalayacağı iddia olunub.
Ramil bu ilin əvvəlindən “Kocaelispor”da oynayırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin