Şeydayev “Kocaelispor”da debüt etdi
Türkiyə 1-ci liqasında 20-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandası “Kocaelispor” autsayder “Altay”ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Ramil də “Kocaelispor”da debüt edib. Start heyətdə meydana çıxan hücumçu 72-ci dəqiqədə əvəzlənib. O, 40-cı dəqiqədə sarı vərəqə də alıb.
Bu nəticədən sonra “Kocaelispor” 39 xalla 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin