Şeydayev “Dinamo”da debüt matçına çıxdı
Rusiyanın “Dinamo” (Moskva) klubu Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yenicə müqavilə imzaladığı paytaxt təmsilçisi Çexiyanın “Sparta” (Praqa) klubu ilə üz-üzə gəlib.
İki qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. 34-cü dəqiqədə hesabı açan moskvalılar 59-cu dəqiqədə öz qapılarında da top görüblər.
Ramil də bu görüşün iştirakçısı olub. O, fasilədən 46-cı dəqiqədə meydana buraxılıb və bununla da ötən gün müqavilə imzaladığı “Dinamo”da debüt edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin