Şeydayev azarkeşlərdən üzr istədi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına Bakıdakı 1:5 hesablı məğlubiyyətlə bağlı “facebook”dakı rəsmi səhifəsində paylaşım edib.

Komanda.az xəbər verir ki, sözügedən matçda yığmamızın heyətindəki ən yaxşı futbolçu, yeganə qolumuzun müəllifi olan gənc forvard azarkeşlər qarşısında üzrxahlıq edib:

“Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz”.

Ramil matçdan sonra jurnalistlərə müsahibə verərkən ağladığına dair iddialara da münasibət bildirib: “Düzdü, çox üzülmüşdüm, amma müsahibə verərkən ağlamamışam, tərimi silirdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button