“Bura qol vurmaq üçün gəlmişəm” – “Borussiya”nın yeni transferi

Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “Auqsburq”a 5:3 hesabıyla qalib gələn “Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Haland açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin heyətində debüt oyununda het-triklə yadda qalan 19 yaşlı norveçli futbolçu, bunları deyib:

“Bura qol vurmaq üçün gəlmişəm. Sevinirəm ki, debütüm yaxşı alındı. Azarkeşlərin göstərdiyi dəstək möhtəşəmdir. Bu cür azarkeşlərin qarşısında oynamaq sevindiricidir. Burda xoşbəxtəm”.

Haland bir müddət əvvəl “Zalsburq”dan “Borussiya”ya transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button