“Sevilya” rəsmisindən Rakitiçlə bağlı açıqlama
“Sevilya”nın idman direktoru Ramon Monçi “Barselona”nın futbolçusu İvan Rakitiçin Əndəlüs təmsilçisinə qayıdacağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Monçi, xorvat yarımmüdafiəçinin keçidinin hazırda çətin olduğunu deyib:
“Heç kim çox və ya az qazanacağından sığortalanmayıb. Qış fasiləsinə qədər hələ zaman var. Baş məşqçimizlə danışıb, müzakirə edəcəyik. Rakitiçin hazırda keçidi çətindir. Ancaq növbəti illərdə nə olacağını bilmirəm. Hazırda “Barselona” ilə müqaviləsi var. Onun klubumuza olan sevgisini bilirik, amma hazırda transferi mümkün deyil”.
Rakitiç 2014-cü ildə “Sevilya”dan “Barselona”ya keçib.
“Sevilya” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda, noyabrın 28-də “Qarabağ”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin