Monçi “Qarabağ”dan danışdı: “Tanınmayan bir liqada ola bilərlər, amma…”

“Sevilya”nın idman direktoru Ramon Monçi Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin saytına danışan Monçi, oyunla bağlı bunları deyib:

“Roma”da olarkən Bakıda 2:1 hesablı qələbə qazanmışdıq. Romadakı matçda isə 1:0 hesabı qeydə alınmışdı. “Qarabağ” hər iki görüşdə bizə əziyyət verdi. Tanınmayan bir liqada ola bilərlər, amma futbolçularını təhlil etsəz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiz. Əlbəttə, “Sevilya” daha üstündür, amma bu heç nə demək deyil.

Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Arxayınlaşmamağa, son oyunlardakı “performans”ı davam etdirməyə ümid edirik”.

Bu gün keçiriləcək “Qarabağ” – “Sevilya” matçı saat 20:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button