“Qarabağ”la oyunda fərqləndiyim zaman təəccüblənmədim”
“Sevilya”nın futbolçusu Xavyer Hernandes İspaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, “Radio Formula”ya danışan meksikalı hücumçu, Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”a qarşı ilk oyununda (3:0) vurduğu qol haqda fikirlərini bildirib:
“Mümkün qədər çox qol vurmaq, titullar qazanmağı hədəfləyirəm. İnsanlar 31 yaşın çox olduğunu düşünür. Ancaq niyə də bu yaşda ən yaxşı mövsümümü keçirməyim?
“Qarabağ”la oyunda fərqləndiyim zaman təəccüblənmədim. “Vest Hem”də son vaxtlar cərimə zərbələri üzərində çalışmağa başlamışdım. Qəribə və maraqlıdır. Bəlkə də, buna gec başladım, amma nə etmək olar?”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin