Fransız futbolçu ayrılacağını açıqladı
“Sevilya”nın futbolçusu Vissam Ben-Yedder yay transfer pəncərəsi dövründə klubu tərk edəcək.
Komanda.az xəbər verir ki, bu barədə fransız hücumçu İspaniya mətbuatına açıqlamasında deyib. O, “Sevilya”dan ayrılmaq vaxtının gəldiyini və daha yüksək səviyyəli klubda olmaq istədiyini bildirib.
2016-cı ildən “Sevilya”da çıxış edən 28 yaşlı forvardın hazırki müqaviləsi 2021-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin