Rakitiç Səudiyyə Ərəbistanı klubu üçün tibbi müayinədən keçib
Xorvatiya millisinin sabiq üzvü İvan Rakitiç “Sevilya”dan ayrılmağa hazırlaşır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi “Əl-Şabab”la anlaşıb.
Xorvatiyalı futbolçu artıq Səudiyyə Ərəbistanı klubunda tibbi müayinədən keçib.
Rakitiç karyerası ərzində “Bazel”, “Şalke”, “Barselona” komandalarında da oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin