Komanda yoldaşı Ramosu təriflədi: “Əla oğlandır”
“Sevilya”nın yarımmüdafiəçisi Suso müdafiəçi Serxio Ramosun komandaya keçidi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, Ramosun keçidini müsbət qiymətləndirib:
“Biz hamımız onu çox yaxşı tanıyırıq. Mən onunla milli komandada tanış olmuşam və o, əla oğlandır. Bu məlumatı eşidəndə ona iki-üç xəbər göndərdim və o, gəlmək istədiyini bildirdi. Komandamıza çox xeyri olacaq. Onun təcrübəsi sayəsində, keçmişə baxıb Serxio Ramosu görəndə hər şey başqa cür olur”.
Sentyabrın 4-də “Sevilya” Ramosun keçidini elan edib. 37 yaşlı ispaniyalı müdafiəçi 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulan müqavilə imzalayaraq, kluba azad agent kimi qoşulub.
Ramosun “Sevilya”dan əvvəlki klubu PSJ olub.
Bizi Facebook-da izləyin