“Sevilya”nın futbolçusu qəza törətdi, 2 nəfər öldü FOTO
“Sevilya” klubunda çıxış edən Joao Malek avtomobil qəzası keçirib.
Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu sürət həddini aşaraq, idarəetməni itirib və qəza törədib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Qəza nəticəsində 2 nəfərin öldüyü bildirilir.
Malek icarə əsasında “Sevilya”nın B komandasında çıxış edirdi. Hücumçu müqavilə ilə Meksikanın “Santos Laquna” klubuna məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin