“Bavariya” “Çelsi”yə qarşı – Bu dəfə…

“Sevilya”nın futbolçusu Lukas Okampos Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Bavariya” və “Çelsi” klubları yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, qış fasiləsində həm “Bavariya”nın, həm də “Çelsi”nin argentinalı yarımmüdafiəçi üçün rəsmi təklif göndərəcəyi bildirilir.

2019-cu ildə 15 milyon avroya “Sevilya”ya keçən Okamposun müqaviləsi 2024-cü ilin yayına qədərdir. Argentinalı futbolçu bu mövsüm 14 oyunda 5 qol vurub.

Okampos uğrunda qarşı-qarşıya gələn “Bavariya” və “Çelsi” həm də Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button